“27 illik biabırçılığın, rüsvayçılığın əvəzini çıxaq”

Tanınmış ictimai xadim,sabiq millət vəkili Əlövsət Ağalarov özünün feyzbuk hesabında Azərbaycan prezidentinə və Azərbaycan Ordusuna ünvanlanan təsirli və diqqətçəkən ststus paylaşıb.

Azerbaijantimes.az Kanal32.az-a istinadla həmin statusu olduğu kimi təqdim edir:

Düz 27 il bundan əvvəl Kəlbəcər uğrunda necə mübarizə aparırdıqsa, bu günlər də həyat uğrunda elə mübarizə aparırıq. Onda torpağı qoruyarkən şəhid olmaq şərəf sayılırdı, indi isə sətəlcəmdən ölmək böyük ayıb hesab olunur. Bəlkə bütün imkanlarımızı, gücümüzü, birliyimizi bərpa edib 27 illik biabırçılığın, rüsvayçılığın əvəzini çıxaq. İnanın, tam səmimiyyətimlə deyirəm: bir işarə bəsdir ki, bütün millət koronovorusa-sətəlcəmə baxmayaraq birləşib torpaqlarımızı azad etsin!

İndi Allah bəlkə də bəşəriyyətə verdiyi bəlayla bərabər bizə böyük şans verib. Bütün dünya dövlətlərinin başı bu bəladan necə qurtarmağa qarışıb. ATƏT də, “matət” də, BMT də, həmsədrlər də yaxına da gələ bilməyəcəklər.

Əla fürsətdir, hörmətli Prezidentəziz və qüdrətli Azərbaycan Ordusu!

Onsuz da ölüm adlı kabus çin virusu ( söz gəzir ki, amerikan laboratoriyalarında hazırlanıb-babalı deyənlərin boynuna) adı altında canımızı almağa girişib. Ölüm-ölümdür–gəlin sətəlcəmdən yazıq-yazıq yorğan-döşəkdə ölməyi yox, mərdi-mərdanə döyüş meydanlarında savaşıb ya şəhid olaq, ya da qalib! Ondan sonra Qələbə adlı immunitet hamımızı bu, bəşəriyyətin düşməni koronovirusdan qoruyacaq! Hamımız ordumuzla birlikdə döyüşə və Qələbəyə hazır olaq!