Mingəçevirdə Azərbaycan bayrağına hörmətsizlik

Kanal32.az-ın məlumatına görə”Azərişıq” ASC-nin Mingəçevir Avtomatik İdarəetmə Mərkəzinin qarşısında qoşa dirəkdə asılmış Dövlət bayraımıza qarşı açıq şəkildə hörmətsizlik edilir. Fotodan da gördüyünüz kimi binanın qarşısında iki Azərbaycan bayrağı qaldlrılıb. Ancaq bu bayraqlar həm rəng, həm də ölçü baxımından biri-birindən kəskin şəkildə fərqlənir. Bu isə o deməkdir ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və“Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları” haqqında qanunların tələbləri kobud şəkildə pozulub. Müvafiq qanunverciliyin Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər(maddə 9) maddəsinin 9.3.-cu hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Qanunun digər maddəsində təsbit olunmuş  ölçülərə dair tələblər də mütləq gözlənilməlidir. Ancaq fakt göz önündədir…Bax budur, boğazdanyuxarı vətənpərvərlərin dövlət və BAYRAQ sevgisi…

Qanunlardan, xüsusən Dövlət bayrağımızın istifadəsi haqqında hüquqi normativ aktlardan bixəbər olan “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Avtomatik İdarəetmə Mərkəzinin -“Mərkəzi Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi  Abbas Quliyevin diqqətinə çatdırırıq ki,“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu Prezidentin  8 iyun 2004-cü il tarixli (№ 683-IIQ) fərmanı ilə qüvvəyə minib. Eyni zamanda bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 92 nömrəli Fərmanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” movcudur.

 “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasın Qanunun 9-cu maddəsinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət bayrağı istifadəyə yararsız olduğu hallarda dəyişdirilir.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun 1.1.-ci maddəsinin tələblərinə görə,Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 11-ci maddəsində (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) deyilir ki,Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Müəllif: kanal32.az