Sahil Babayevin Mingəçevirdəki işçisi haqqında ŞOKEDİCİ İDDİALAR

Aztəminatlı ailələrdən alınan rüşvət pulları… Məmurun “sənəd maklerləri”…Ərsiz qadınlara atılan “rəml”lər…

Xətai Allahverdi oğlu Alıyev…Bu şəxsi az qala Mingəçevirdəki bütün kasıb və aztəminatlı ailələrin hamısı tanıyır. Amma, bu tanınma heç də onun yaxşı əməl sahibi olan insan və ya ədalətli məmur olması ilə bağlı deyil. Bu tanınma iddia edilən bəd əməllərlə bağlıdır.

Bizi bu fikrə gəlməyə və bu yazını yazmağa vadar edən isə, Mingəçevir şəhərinin Sağ sahil hissəsindəki yaşayış massivlərinin birində yaşayan və adının çəkilməsini istəməyən xanımın redaksiyamıza göndərdiyi elektron məktubda səsləndirdiyi ilginc iddialardı. Bu iddiaların içərisində elə fikirlər yer alıb ki, bu sadəcə insanı dəhşətə gətirir.

Xətai Alıyevin qurbanlarından bir olan A.Q. adlı mənbənin iddiasına görə, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində 2020-ci ilin avqust ayına kimi Ünvanlı yardım sektorunun müdiri işləmiş Xətai Alıyev cinayət tərkibli və çirkin əməlləri ilə sözün əsl mənasında Mingəçevirdə ad çıxarıb. Belə ki, o, ünvanlı sosial yardımı almaq haqqı olan insanları süründürməçiliyə məruz qoymaqla yanaşı, onlardan işlərinin düzəıməsi üçün haqq alıb. Xətai Alıyev ünvanlı sosial yardım düşən ailələrdən üçaylıq məbləği bəri başdan almaqla, guya onların sənədlərinin “yuxarıda”, yəni nazirlikdə təsdiqlənməsinə nail olub. Hələ bu azmış kimi ünvanlı sosial yardım düşməyən, amma “etibarlı”, “ağzıbərk” pullu tanışlara və qohumlara  da  aztəminatlı ailə adı ilə ünvanlı sosial yardım təyin etdirib. Ancaq burada “tas” fərqli rəqəmlərin üzərində oynayıb. Konkret desək, “yarısı sənin, yarısı mənim” prinsipi ilə…Məlumatlı mənbə deyir ki, Xətai Alıyev “hakimiyyəti” dönəmində yüz nəfərdən yuxarı ailədən müxtəlif məbləğlərdə babat “şapka” alıb. Ayda 10-15 min manat pul qazanan Xətai “müəllim”in dişi şirəyə necə batıbsa, o, sənəd işlərini daha “operativ” və “etibarlı” görmək üçün xüsusi ayrılmış taksi ilə hərkət edən 4-5 nəfər “makler” də tutub(taksi sürücüsünün və “makler”lərin bəzilərinin adı redaksiyaya məlumdur. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir). Əslində məmur həkimin oğlu Xətai Alıyevin əməlləri bütün bu sadalananlarla bitsəydi, dərd yarı olardı.

Özünün Xətai Alıyevin qurbanlarından hesab edən mənbənin digər iddiaları isə daha tükürpədicidir. O, elektron məktununda yazır ki, məlum olduğu kimi ünvanlı sosial yardım alan ailələrin bir çoxunun həyat yoldaşı yoxdur. Ya vəfat edib, ya boşanıb, ya da həbsdədir. Xətai Alıyev də xoşu gələn xanımların sosial vəziyyətinin ağırlığından sui istifadə edərək, öz çirikin əməllərini həyata keçirir və bəzi hallarda buna nail olur. Hətta, o bir neçə dəfə gecə saatlarında Mingəçevir Polis şöbəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda, müxtəlif ünvanlarda yaxalanıb.Sonrası isə məlumdur…Çünki belə “yağlı məmurlar” polislərin arzuladığı şəxslərdəndir…

Maraqlıdır ki, onun bu əməllərinə isə DSMF-nin Mingəçevir şöbəsinin həm əvvəlki müdiri Cəlil Hətəmov,həm də sonuncu müdiri Emil İsmayılov göz yumub. Səbəbi isə olduqca sadədir. Çünki Xətai Alıyev idarənin “ən əlibərkətli” və “ən qoçaq” işçisi olub. Məhz bu “bacarıqları”na görə də, Emil İsmayılov Xətai Alıyevə himayədarlıq edib və hazırda da edir. Hətta,onun irəliyə çəkilməsi üçün öz imkanlarını belə işə salmağa hazırdır. Məlumat verən mənbə onu da iddia edir ki, əgər belə olmasaydı, hazırda Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlaxda yerləşən 17 saylı Regional idarəsinin Müavinətlər sektorunda Baş məsləhətçi işləyən Xətai Alıyevin adı işdə, özü isə evdə olmazdı. Bir sözlə,”Mingəçevirin Xətaisi” son 3-4 aydır Yevlaxdakı iş yerinə getmir, oturub evdə maaşını alır. Eyni zamanda, əvvəlki vəzifəsində olduğu kimi yenə də ünvanlı sosial yardımların təyin etdirilməsi sahəsindəki “ənənəvi iş prinsipləri”ni davam etdirir. 5-6 telefon nömərsi işlədən Xətainin “maklerləri” isə “iş başındadır”lar.

Qeyd edək ki,Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlaxda yerləşən 17 saylı Regional İdarəsinin rəisi Xətai Alıyevin himayədarı olan Emil İsmayılovdur.

Görəsən, islahatdan, yeniliklərdən, səffaf iş fəaliyyətindən ağız dolusu danışan nazir Sahil Babayev hara baxır? Həqiqətənmi, onun belə mənfi imicli kadrların “işgüzar fəaliyyətləri”ndən xəbər yoxdur..?

Onu da qeyd edək ki, səsləndirilən ittihamlarla bağlı Xətai Alıyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı.Ona görə ki, onun əldə etdiyimiz iki nömrəsindən heç birinə zəng çatmadı.

Bütün hallarda yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonda bir xatırlatma:

Yəqin ki, 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daim öyündüyü Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) da DSMF-nin Mingəçevir Şöbəsinin “qurbanına” çevrilməsi,Hesablama Palatasının Mingəçevir DSMF-də aşkarladığı qanunsuzluqlar diqqətli vətəndaşların yadından çıxmayıb. Həmin vaxt Palatanın araşdırması zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) tərəfindən heç bir əməkdaşa müayinə barədə tapşırıq göndərilməmiş, Şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmamış, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılmışdır. Amma, maraqlıdır ki, 2020-ci ilin avqustuna kimi DSMF-nin Mingəçevir şöbəsinin müdiri işləmiş Emil İsmayılovun və sektor müdiri Xətai Alıyevin simasında onun “pul qardaşları”nın bu qanunsuz və cinayət tərkibli əməlləri “yekə dayı”larının sayəsində ört basdır olub.

Onu da vurğulayaq ki, barəsində iddialar səsləndirilən Xətai Alıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Həmkarlar İttifaqının sədri işləyən, terapevt-uroloq Allahverdi Alıyevin oğludur.Allahverdi Alıyevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla yaxın münasibətinin olduğu bildirilir.

-Məktubda yer alan iddialarla bağlı redaksiya tərəfindən araşdırma davam etdirilir…

Mənbə:Dunyaninsesi.az