Kəlbəcər rayon İcra Hakimiyyəti tənqiddən niyə qorxur?

Kəlbəcər rayon İcra Hakimiyyəti rəsmi feyzbuk səhifəsində yazılan tənqidi rəylər silinir.

Bu barədə məlumatı 2020BİZ.az saytına əslən Kəlbəcər rayonundan olan, gənc fəal Əziz Qənbərov verib. Onun sözlərinə görə İcra Hakimiyyəti tərəfindən paylaşılmış hər hansı mövzu ilə bağlı tənqidi rəy yazmaq mümkün deyil. Dərhal adminlər tərəfindən silinir. Həmin şərhlərdə yalnız İcra Başçısı Azər Qocayevi tərifləmək olar. Dəfələrlə olub ki, mənim şərhlərimi siliblər.

Bu günlərdə cənab Prezidentimizin köməkçisi hörmətli Hikmət Hacıyev deyib ki, “Məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır.”

Əslində bu sözlər cənab Prezidentimizin məmurlar haqqında söylədiyi hər zamankı fikirlərdir. Cənab Prezident bütün çıxışlarında məmurların tənqidə dözümlü yanaşmasının vacibliyini vurğulayır. Azər Qocayev isə tənqiddlərdən nəticə çıxartmaq əvəzinə, tənqid edənləri qəbul etmir. Çox təəssüflər olsun ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı gənc olsa da demokratik və müasir düşüncədə deyil, sitatın sonu.