“Ermənistan rəhbərliyi özü koronavirusla bağlı mübarizədə məğlub olduğunu etiraf edir”

“Koronavirus pandemiyası başladığı ilk vaxtlardan hər bir ölkə bu bəlaya qarşı özünəməxsus formada mübarizə taktikası seçdi. Bir sıra dövlətlər ölkə iqtisadiyyatını xilas etməyi, bəzi ölkələri insan amilinə, onların sağlamlığının müdafiəsini əsas götürdü. Bunun bariz nümunəsi Azərbaycandır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi yürütdüyü siyasətinin ana xəttini hər zaman insanların sağlamlığı təşkil edir. Elə ölkələr də oldu ki, nə ölkə iqtisadiyyatına, nə də insan amilinə üstünlük verə bildi. Sonuncu söylədiyim faktın ən bariz nümunəsi kimi işğalçı Ermənistanı göstərə bilərik. Ermənistan əhalinin sayı 3 milyondan az olmasına baxmayaraq, nə koronavirusa pandemiyasına qarşı, nə ölkə iqtisadiyyatının qorunması istiqamətində effektiv fəaliyyət göstərə bilmədi. Nəticədə  Ermənistanda  koronavirus pandemiyası nəzarətdən çıxaraq, ən təhlükəli mərhələsinə qədəm qoyub. Son  iki ayda bu ölkədə virusa yoluxmanın dinamikasına  diqqət yetirmək kifayətdir. Vaxtında  effektiv tədbir görülə bilməməsi nəticəsində  həm virusa yoluxma halı, həm ölüm sayı sürtələ artmaqdadır”.

Azerbaijantimes.az xəbər verir ki,bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda koronavirus pandemiyası ilə bağlı durum çox kritik həddə çatıb.

“Virusa yoluxanların sayı sürətlə artığından həm xəstəxanalarda yer çatışmazlığı, həm də xəstələri müalicə edəcək həkim qıtlığı problemi ilə üzləşib. Paşinyan hakimiyətinin bacarıqsızlığı nəticəsində onsuz da sosial-iqtisadi, siyasi sahədə böhranın dərinləşdiyi Ermənistandakı böhran pandemiyadan sonra da daha da ölkə həyatının bütün sahələrini iflic vəziyyətinə salıb. Nəticədə bu günlərdə Paşinyan özü ölkəsinin koronavirusla mübarizədə məğlub olduğunu etiraf edib. Baş nazirin müavini Mqer Qriqoryan isə ölkə iqtisadiyyatının tənəzzülünün geriyə dönməz hal ala biləcəyini istisna etməyib. “Əgər biz koronavirus pandemiyasə ilə bağlı sərtləşdirici addımları davam etdirsək, o zaman ermənistan iqtisadiyyatının tənəzzülü geriyədönməz  proses alacaq və bu da çox təhlükəlidir”- M. Qriqoryan erməni jurnalistlərinə açıqlamasında deyib. Artıq Ermənistanı idarə edən şəxslərin öz dilləri ilə dedikləri bu fikirlər bu ölkənin hansı durumda olduğunu açıqca ortaya qoyur”, – deputat qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.

“Rəqəmlərə müraciət edərək, Azərbaycanla Ermənistan arasında müqayisə aparsaq o zaman mənzərə daha aydın görünər. Azərbaycan əhalisi artıq 10 milyondan  çox, Ermənistanda isə təxminən 2.9 milyon nəfərdir. Azərbaycanda koronavirusa yoluxmanın ümumi sayı 10 mindən bir az artıq olduğu halda, Ermənistanda isə 18 mindən çoxdur. Bu ümumilikdə Azərbaycan və Gürcüstandakı yoluxma sayından daha artıqdır. Azərbaycanda aparılmış ümumi test sayı 400.000-ə yaxınlaşır. Ermənistanda indiyədək cəmi 87.000-dək test aparılıb. Son günlərdə yoluxmaların sayına görə Ermənistan yenə də üst sıralarda yer alır, ekspertlər gündəlik yoluxmaların sayının 500-700 nəfər olduğunu bildirirlər. Pandemiyaya qarşı Azərbaycan dövləti 3.5 milyard manat məbləğində büdcə ayırdığı zaman Ermənistan dövləti cəmi 300 milyon dollar həcmində vəsait xərcləmək imkanına malik olduğunu bildirib.

Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı qonşu dövlətdən dəfələrlə çoxdur. Bu rəqəm özünü ambulatoriya-poliklinika müəssisələrinin, infeksion xəstələr üçün çarpayıların, həkim və tibbi işçilərinin sayında özünü biruzə verir.

Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Azərbaycan dövləti pandemiya dövründə ÜST daxil olmaqla dünyanın 29 ölkəsinə yardım edib. Bundan əlavə olaraq ölkə daxilində pandemiyanın təsir dairəsinə düşən aztəmnatli ailələrin sosial müdafiəsi istiqamətində ciddi addımlar atıb. Bununla bərabər olaraq ölkə iqtisadiyyatının dayanqılılığını, fəallığını qorumaq üçün ciddi addımlar atılıb.

Ermənistan isə hər zaman olduğu kimi xarici ölkələrdən yardım alan ölkələr sırasında olub. Qısaca desək, Ermənistan pandemiya ilə mübarizədə dünyada ən geridə qalan ölkələrdən biri olub.
Azərbaycanın  koronavirus pandemiyasına qaşrı apardığı mübarizə və  beynəlxalq səviyyədə verdiyi töhfə dünya birliyi tərəfindən yüksək dəyərləndirilib..

Azərbaycanın koronavirus pandmeiyasına qarşı həyata keçirdiyi mübarizənin  ana xəttini hər zaman olduğu kimi insan amili və onun sağlamlığı olub.

Ermənistanda isə bunların heş birini görmək mümkün deyil. Əgər bu belə olmasaydı, bu gün  Ermənistanda   əhalinin kütləvi narazıçılığı ilə müşaiyət olunmazdı. Artıq  erməni cəmiyyətinin bütün təbəqələri Paşinyan hakimiyyətinin bacarıqsızlığından cana doyaraq, onun hakimiyyətdən getməsini tələb edirlər. Son günlərdə bu ölkədə baş verənlər bunu deməyə əsas verir. Artıq həyat yenidən çalxalanır.

Vəziyyət o yerə çatıb ki, 1993-1996-cı illərdə Baş nazir olmuş Hrant Baqratyan Ermənistanda koronavirusun geniş yayıldığı dövrdə televiziya kanallarının birində verdiyi müsahibədə “Mən Əliyevin yerində olsam 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm”B ifadəsini işlədib və bu erməni ictimai rəyində ciddi narazılığa səbəb olub.

Vəziyyətin belə hal alması, sosial-iqtisadi, siyası böhranın qaçılmaz olduğu bir şəraitdə Ermənistan dövlətinin adekvat addımlar ata biləcəyi ciddi şübhə doğurur. Vəziyyətə getdikcə daha da pisləşməyə doğru gedəcək. Proses hətta Ermənistanda yeni hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Son günlərdə ölkədəki siyasi aktivlik bunu deməyə əsas verir. ”- deputat qeyd edib.